Almaniya Bundesliqasının 12-ci turunda “Bavariya” “Volfsburq”u qəbul edib. Oyuna daha yaxşı başlayan qonaqlar erkən qolla meydan sahiblərini məyus ediblər. Maksimilian Filip 5-ci dəqiqədə hesabı açıb. Fasiləyədək tarazlıq bərpa olunub. İlk hissəyə əlavə edilən 1-ci dəqiqədə Robert Levandovski fərqlənib. İkinci yarıda hücumlarını daha da gücləndirən Münhen futbolçuları istəklərinə nail olublar. Levandovski dubl edib. 27 xalıa olan “Bavariya” ikincidir.

Lider “Bayer” isə səfərdə “Köln”lə qarşılaşıb. Hər hissədə 2 qol vurulub. Qonaqlardan Mitçel Veyzer, Musa Diabi, Patrik Şik və Florian Virtz fərqlənib. 4 cavabsız qolla qalib gələn Leverkuzen təmsilçisi 28 xalla liderliyini davam etdirir.